• $
  • £

BŞİH: Qarlı hava ilə bağlı texnikalar tam hazır vəziyyətə gətirilib

BŞİH: Qarlı hava ilə bağlı texnikalar tam hazır vəziyyətə gətirilib
26.11.2025 09:31

Bakı Şəhər İcra Hakimiyyəti qış mövsümünə hazırlıq çərçivəsində paytaxt rayonlarında təsdiqlənmiş tədbirlər planları üzrə işləri tamamlayıb. Şəhər və rayon kommunal xidmətlərinin bütün xüsusi təyinatlı texnikası hazır vəziyyətə gətirilib, hər rayona cavabdeh şəxs təyin olunub. Bu barədə qurumdan bildirilib. 

Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, qarlı və şaxtalı hava şəraitinə hazırlıqla bağlı şəhər üzrə kommunal strukturların mövcud texnikası tam yoxlanılıb və istifadəyə hazır vəziyyətə gətirilib. Əlavə tədbirlərin icrasına nəzarət üçün BŞİH tərəfindən hər rayon üzrə məsul şəxs müəyyən edilib.

Suraxanı, Səbail və Nəsimi rayonlarında keçirilən son müşavirələrdə BŞİH rəsmiləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat qurumları və özəl sektor nümayəndələri iştirak ediblər. Müşavirələr zamanı qurum rəhbərlərinin hesabatları dinlənilib və yağıntılar zamanı operativ fəaliyyət mexanizmləri razılaşdırılıb.

İcra Hakimiyyəti qeyd edib ki, bütün təşkilatlar yağıntılar zamanı özlərinə aid ərazilərin qardan və buzdan təmizlənməsində fəal rol almalıdır. Qar təmizlənməsi işlərinə kommunal qurumlarla yanaşı idarə, təşkilat, bələdiyyə və özəl sektorun mövcud texnikalarının da cəlb edilməsi qərara alınıb.

Eyni zamanda ictimai iaşə obyektlərinə və özəl müəssisələrə də ərazilərinin təmizliyinə məsuliyyətlə yanaşmaları barədə çağırış edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol