• $
  • £

MDB Dəmiryol Şurası 83-cü iclasında 48 yeni sənəd təsdiqlənib –Viktor Popov

MDB Dəmiryol Şurası 83-cü iclasında 48 yeni sənəd təsdiqlənib –Viktor Popov
26.11.2025 12:13

 

MDB Dəmiryol Nəqliyyatı Şurasının 82-ci iclasından bəri dəmir yolu administrasiyalarının qərarlarının icrası çərçivəsində ümumilikdə 48 iclas və müşavirə keçirilib. Bunu Direksiyasının sədri Viktor Popov bildirib.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə strateji qrupun ilk təşkilati iclası baş tutub və hazırlanmış layihə sənədi Şuranın 83-cü iclasına təqdim edilib. 

Popov həmçinin Sankt-Peterburqda keçirilən IV Beynəlxalq Sərnişin Forumunu və Bakıda təşkil olunan XXXIV Tarif Konfransını mühüm tədbirlər kimi qeyd edib. Tarif konfransının nəticəsi olaraq, 2026-cı il üçün MDB ölkələrinin beynəlxalq yükdaşımalar üzrə tarif siyasəti qəbul olunub.

Popov Azərbaycan Dəmir Yollarına və şəxsən Rövşən Rüstəmova “Gənc dəmiryolçular” forumunun təşkili üçün təşəkkür edib və bu görüşlərin ənənəyə çevriləcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Şuranın normativ bazasının yenilənməsi prioritet olaraq qalır. 

Hazırda 9 bölmə üzrə 400 təsdiqlənmiş sənəd mövcuddur. İclaslararası dövrdə 48 yeni layihə hazırlanıb, onların 6-sı yeni sənəddir.

Komissiyalar tərəfindən aparılan iş çərçivəsində sərnişin təsərrüfatı üzrə 10 sənədə 23 dəyişiklik,
vaqon təsərrüfatı üzrə 22 sənəd, beynəlxalq nəqliyyat dəhlizləri üzrə göstəricilərin hesablanmasına dair ilk metodiki təlimatlar, informasiyalaşdırma üzrə 16 sənəd, təhlükəli yüklər və vaqonların istismarı üzrə ümumilikdə 110 dəyişiklik qəbul edilib.

Popov bildirib ki, Şuranın 83-cü iclası üzrə protokola 56 rəy daxil olub və onların hamısı nəzərə alınıb. 

Gündəlikdəki 1 və 11-ci bəndlər üzrə dəyişikliklər edilib. 

“Protokol tam şəkildə işlənib və imzalanmağa hazırdır”, — o vurğulayıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol