• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir

Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir
26.11.2025 19:01

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili arasında ikitərəfli, daha sonra nümayəndə heyətləri arasında geniş tərkibli görüş keçirilib. Görüşlərdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Gürcüstanla Azərbaycanın dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. David Sonqulaşvili  ölkəsinin aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsi və bu istiqamətlərdə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi, ikitərəfli ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün işgüzar dairələrimiz arasında əlaqələrin gücləndirilməsi, ixracyönümlü məhsullar haqqında mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, torpaqların konsolidasiyası, transsərhəd xəstəliklər, zərərvericilər, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin aparılması, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakın təmin edilməsi, gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı birgə İşçi Qrupun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində nazir Məcnun Məmmədov Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze, Gürcüstan Parlamentinin Aqrar Komitəsinin sədri Gela Samxarauli ilə görüşəcək.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək geniş tərkibli görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dair aktual mövzuların müzakirəsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin təsərrüfatlara və kənd təsərrüfatı məhsullarının emal müəssisələrinə səfəri də planlaşdırılır. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir
Cəmiyyət 19:01
Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir
İran gələn il “Şimal–Cənub” üzrə yükdaşımaları 5 milyon tona çatdırmağı planlaşdırır
Cəmiyyət 18:46
İran gələn il “Şimal–Cənub” üzrə yükdaşımaları 5 milyon tona çatdırmağı planlaşdırır
“e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub
Cəmiyyət 17:45
“e-sosial” internet portalından 13,8 milyon dəfə istifadə olunub
Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Cəmiyyət 17:36
Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Sabahdan bu yollar piyadalar üçün bağlı olacaq
Cəmiyyət 17:04
Sabahdan bu yollar piyadalar üçün bağlı olacaq
Azərbaycana turist axını azalıb
Cəmiyyət 16:43
Azərbaycana turist axını azalıb
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Cəmiyyət 16:00
DİM Pirallahı icra başçısının iddiasını təkzib edib
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Cəmiyyət 15:46
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə ciddi pozuntulara görə iki əməkdaşı işdən azad edib
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
Cəmiyyət 15:04
Sumqayıtda 72 yaşlı qadın ona vurulan iynədən sonra ölüb/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol