• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub

Aqrar Sığorta Fondu: Son iki ilin ən böyük sığorta ödənişi 1,1 milyon manat olub
27.11.2025 12:42

Son iki ildə həyata keçirilmiş ən böyük sığorta ödənişi 1,1 milyon manat təşkil edib. Bunu Aqrar Sığorta Fondunun müşaviri Rəvan Səmədli Anews.az-a açıqlamasında bildirib.

O bildirib ki, ödəniş Ağcabədidə taxıl sahəsində baş verən sığorta hadisəsi ilə bağlı həyata keçirilib.

"2025-ci ildə ən çox sığorta hadisələri Ağcabədi, Ağdam, Xaçmaz və Tərtər rayonlarında qeydə alınıb. Ölkə üzrə ümumi statistika göstərir ki, zərər hadisələrinin sayına görə ilk iki yerdə Ağdam və Ağcabədi dayanır. Sığorta ödənişlərinin məbləği bitkinin növündən və onun inkişaf dövründən asılı olaraq dəyişir. Zərərin yekun məbləği müstəqil ekspertin apardığı ekspertiza əsasında müəyyənləşdirilir. Meyvə bağlarında məhsul yetişmədiyi hallarda ilkin ekspertiza aparılır və verilən rəyə uyğun olaraq hesablamalar həyata keçirilir", - müşavir vurğulayıb.

O əlavə edib ki, ekspertizanın müddəti bağın və əkin sahəsinin həcminə görə dəyişir. Daha böyük təsərrüfatlarda proses daha uzun çəkir.

Aytac Zeynalova

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol