• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri

Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri
28.11.2025 12:24

Qarabağ bölgəsində məşğul əhalinin səviyyəsi hazırda 92%-dən yuxarıdır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev bildirib.

Əliyevin sözlərinə görə, bölgəyə qayıdış prosesi ilə paralel olaraq əhalinin peşə hazırlığına və özünüməşğulluq proqramlarına cəlb edilməsi mərhələli şəkildə həyata keçirilir. 

O qeyd edib ki, bu tədbirlər məşğulluq səviyyəsinin yüksək qalmasına imkan verir.

 2025-ci il üçün Qarabağa 40 min nəfərin köçürülməsi nəzərdə tutulub, 2026-cı il Böyük Qayıdış Proqramı çərçivəsində isə ümumilikdə 130 min nəfərin bölgəyə qaytarılması planlaşdırılır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə şəhərsalma, infrastruktur və iqtisadi fəaliyyətin bərpası ilə paralel məşğulluq mexanizmlərini genişləndirir. Bölgədə “ağıllı kənd” və “ağıllı şəhər” modelinə uyğun istehsal, xidmət və kənd təsərrüfatı sahələrinin qurulması iş yerlərinin artımını sürətləndirən əsas faktor kimi göstərilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri
Cəmiyyət 12:24
Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri
Şənbə gününə olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:15
Şənbə gününə olan hava proqnozu açıqlanıb
Azərbaycan yeni peşə hazırlığı istiqamətlərini süni intellekt və data əsaslı ixtisaslara uyğunlaşdırır – rəsmi
Cəmiyyət 12:11
Azərbaycan yeni peşə hazırlığı istiqamətlərini süni intellekt və data əsaslı ixtisaslara uyğunlaşdırır – rəsmi
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 11:45
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Deputat inanır ki, gələcəyin peşələri ailələr və məktəblərdə geniş müzakirəyə çıxarılacaq
Cəmiyyət 11:28
Deputat inanır ki, gələcəyin peşələri ailələr və məktəblərdə geniş müzakirəyə çıxarılacaq
TDT-nin media nazirlərinin toplantısında kommünike imzalanıb , növbəti iclasın Qazaxıstanda keçiriləcəyi qərarlaşdırılıb
Cəmiyyət 11:18
TDT-nin media nazirlərinin toplantısında kommünike imzalanıb , növbəti iclasın Qazaxıstanda keçiriləcəyi qərarlaşdırılıb
Süni intellekt və avtomatlaşdırma 2030-a qədər iş yerlərinin 22%-ni dəyişəcək - Nazir
Cəmiyyət 11:16
Süni intellekt və avtomatlaşdırma 2030-a qədər iş yerlərinin 22%-ni dəyişəcək - Nazir
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 11:10
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
Yeni pambıqyığan maşınlar yüzlərlə insanı əvəz edəcək - Spikerin müavini
Cəmiyyət 11:08
Yeni pambıqyığan maşınlar yüzlərlə insanı əvəz edəcək - Spikerin müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol