• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqlənib

Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqlənib
28.11.2025 12:55

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi Qaydası təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Təlimlər Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin müraciətləri əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən keçirilir. Təlimlərin məqsədi minatəmizləyənlərə vəzifə və öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək üçün bilik, bacarıq və vərdişləri yüksək səviyyədə aşılamaqdır.

Təlimi bitirmiş şəxslərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi Agentliyin yaratdığı İmtahan Komissiyası tərəfindən iki mərhələdə aparılır. Qiymətləndirilmə zamanı verilən sualların və tapşırıqların sayı və məzmunu İmtahan Komissiyası tərəfindən müəyyən edilir. Nəzəri biliklərin qiymətləndirilməsi mərhələsi test üsulu ilə həyata keçirilir, sualların ən azı 70 (yetmiş) faizinə düzgün cavab vermiş şəxslər praktiki bacarıqların və vərdişlərin qiymətləndirilməsi mərhələsinə buraxılırlar. Praktiki bacarıq və vərdişlərin qiymətləndirilməsi mərhələsi sahə şəraitində nümayiş metodundan istifadə edilməklə həyata keçirilir. Bu mərhələdə verilən tapşırığı (tapşırıqları) müvafiq Standart Əməliyyat Prosedurlarının tələblərinə uyğun icra etmiş şəxslərə Agentlik tərəfindən sertifikat verilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol