• $
  • £

WEF 2030-cu ilə qədər sürətlə yox olacaq peşələri açıqlayıb

WEF 2030-cu ilə qədər sürətlə yox olacaq peşələri açıqlayıb
28.11.2025 13:05

Dünya İqtisadi Forumu (WEF) 2030-cu ilə qədər ən sürətlə artan və ən tez itən peşələrlə bağlı yeni proqnoz açıqlayıb. Hesabat Bakıda keçirilən "Gələcəyin Peşələri Sammiti" forumunda təqdim olunub.

Təşkilatın “Future of Jobs Report 2025” hesabatına əsasən, süni intellektvə yaşıl texnologiyalar üzrə ixtisaslar əmək bazarının əsas inkişaf istiqamətləri olacaq.


Sürətlə artan peşələrin siyahısına böyük verilənlər mütəxəssisləri(big data), fintex mühəndisləri, Aİ və maşın öyrənməsi üzrə mütəxəssislər, təhlükəsizlik və proqram təminatı üzrə mütəxəssislər, eləcə də avtonom və elektrik nəqliyyat vasitələri üzrə mütəxəssislər daxildir. 

WEF bildirir ki, bu sahələrdə tələbatın kəskin artmasına rəqəmsallaşma, avtomatlaşdırma və yaşıl keçid səbəb olur.


Hesabata görə, ən sürətlə yox olacaq ixtisaslar isə əsasən əl əməyinə və təkrarlanan işlərə əsaslanan sahələrdir. Poçt xidməti əməkdaşları, bank kassirləri, məlumat daxil edən işçilər, bilet satıcıları, dəftərxana və administrativ katiblər ən çox risk altında olan peşələr kimi göstərilib.
WEF qeyd edir ki, rəqəmsal transformasiya fonunda işçi qüvvəsinin yenidən ixtisaslaşması və bacarıqların modernləşdirilməsi ölkələrin rəqabət qabiliyyəti üçün həlledici əhəmiyyət daşıyır. Təşkilat əlavə edir ki, avtomatlaşdırma bəzi iş yerlərini azaltsa da, yüksək bacarıqlı yeni peşələr üçün geniş imkanlar yaradacaq.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol