• $
  • £

Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq müzakirə olunub
28.11.2025 19:03

Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.Bu barədə Komitədən bildirilib.

Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fuad Muradov iki ölkə arasındakı münasibətlərin möhkəm təməlində Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq əlaqələrinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçıları səviyyəsində mövcud yüksək siyasi münasibətlərin iki xalq arasındakı bağları daha da gücləndirdiyi və bütün sahələrdə birgə fəaliyyət üçün geniş imkanlar yaratdığı vurğulanıb. O, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən danışaraq iki qardaş ölkənin diasporlarının koordinasiyalı işinin əhəmiyyətinə toxunub və türkdilli dövlətlərlə əməkdaşlıq layihələrinin, eləcə də Türkiyədəki soydaşlarla əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müzakirələr zamanı diaspor fəaliyyəti ilə bağlı Şuşa Bəyannaməsindəki müddəalara diqqət çəkilib, həmin müddəaların türkdilli dövlətlərin diasporlarının işbirliyini özündə ehtiva etdiyi və diaspora məsul qurumlar qarşısında vəzifələr qoyduğu nəzərə çatdırılıb.

Abdulhadi Turus qurumlar arasında əməkdaşlığın inkişaf etdiyini, birgə layihələr və təşəbbüslərin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu bildirib. Diasporun yeni nəslinin fərqli baxış bucağını nəzərə alaraq, ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib, təcrübə proqramlarının müsbət nəticələr verə biləcəyini dilə gətirib.

Bildirilib ki, diaspor və lobbiçilik təcrübələrinin bölüşdürülməsi, fərqli mədəniyyətlər arasında körpü rolunu oynayan gənclərlə ortaq strategiyaya əsaslanan layihələrin həyata keçirilməsi, hər iki ölkə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vahid bazanın formalaşdırılması iki qardaş ölkənin diaspor siyasətinə yeni dinamika qata bilər.

Tərəflər türk dünyasını təmsil edən diaspor qurumları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsi, uzunmüddətli ortaq layihələrin reallaşdırılması və bir sıra digər istiqamətlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.

10 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Siyasət 23:58
İranın Azərbaycandakı səfiri "Baku TV"yə müsahibə verib
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Siyasət 23:00
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Siyasət 21:07
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
Siyasət 20:54
Bayramov həmkarları ilə telefon danışığı aparıb - Yenilənib
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Siyasət 20:45
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Siyasət 20:30
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol