• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bakıda "Çinqiz Aytmatov - 85" tədbiri keçirilib

Bakıda "Çinqiz Aytmatov - 85" tədbiri keçirilib
20.12.2013 09:54
Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrında ötən gün dünya şöhrətli qırğız yazıçı Çinqiz Aytmatovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycan parlamentin üzvləri, dövlət və ictimai təşkilatların nümayəndələri, mədəniyyət xadimləri, diplomatlar və s. iştirak ediblər. Qırğızıstandan tədbirdə mədəniyyət, informasiya və turizm nazirliyin katibi Akimbek Tekeşov, kinorejissor və ssenarist Bolotbek Şamşıyev, İssık-Kul forumunun prezidenti Əsgər Aytmatov və digərləri iştirak ediblər. Tədbirdə iştirakçılara məlumat verilib ki, dahi qırğız yazıçının yubileyi ilə bağlı bir çox aparıcı Azərbaycan KİV-lərdə onun barədə geniş məqalələr yayımlanıb. Eyni zamanda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Ç.Aytmatov barədə məqaləsi Azərbaycanın ən oxunulan qəzetlərdən birində çap olunub. Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan mədəniyyət və turizm nazirliyi “Çinqiz Aytmatov – türk ruhun qələbəsi adlı” kitabı da nəşr edib. Tədbir çərçivəsində Qırğızıstanın nümayəndə heyəti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin mədəniyyət üzrə komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan yazıçılar birliyinin sədri, yazıçı Anarla və digər rəsmi şəxslərlə görüşlər keçirdib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Mədəniyyət 17:41
Əliyevdən Cahangir Novruzovla bağlı- Sərəncam
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
Mədəniyyət 22:19
Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol