• $
  • £

“Xiaomi” zavodlarında insanları robotlarla əvəz edəcək

“Xiaomi” zavodlarında insanları robotlarla əvəz edəcək
01.12.2025 21:27

Çinin “Xiaomi” şirkəti zavodlarında çalışan insanları robotlarla əvəz edəcək.Bu barədə şirkətin rəhbəri Lei Jun bildirib.

O, süni intellektin yaxın gələcəkdə sənayeyə çox güclü təsir göstərəcəyini vurğulayıb. Sahibkar rəhbərlik etdiyi şirkətin təxminən yaxın beş il ərzində zavodlarında humanoid robotları tətbiq etməyə başlayacağını bəyan edib.

Lei Jun “Xiaomi”nin elektromobil zavodunda avtomatlaşdırma prosesinin uğurla tətbiq edildiyini, burada kuzov hissələrinin yoxlanmasının stasionar robotlar vasitəsilə həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, tezliklə süni intellekt əsaslı rentgen sistemi elektromobillərin hissələrini cəmi 2 saniyəyə yoxlayacaq və canlı işçilərdən 10 dəfə daha sürətlə işləyəcək.

“Xiaomi” “CyberOne” adlı ilk robotunun prototipini 2022-ci ildə təqdim edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Amazon” süni intellektlə işləyən smartfon üzərində işləyir
Texnologiya 19:00
“Amazon” süni intellektlə işləyən smartfon üzərində işləyir
Azərbaycanda elektron məhsullarının istehsalı azalıb
Texnologiya 17:26
Azərbaycanda elektron məhsullarının istehsalı azalıb
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Texnologiya 19:29
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Texnologiya 12:28
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol