• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Erkən pensiya qaydaları sadələşdirilib - Deputat prosesi izah edib

Erkən pensiya qaydaları sadələşdirilib - Deputat prosesi izah edib
02.12.2025 09:26

Azərbaycan Nazirlər Kabineti əmək pensiyalarının təyini və yenidən hesablanması qaydalarına dəyişiklikləri təsdiqləyib. Bu addım erkən pensiya hüququ olan minlərlə vətəndaş üçün prosedurları xeyli sadələşdirir. Bu barədə deputat Vüqar Bayramov öz sosial hesabında yazıb. 

Dəyişikliklərə əsasən, zərərli və ağır iş şəraitində çalışan vətəndaşlar əvvəlki kimi arayışların alınması ilə bağlı çətinliklərlə üzləşməyəcək. Əvvəllər müəssisə bağlandıqda iş stajını təsdiq edən sənədin əldə olunması mümkünsüz olurdu və bu, erkən pensiya hüququnun reallaşmasını gecikdirirdi.

Yeni qaydalarla həmin sənədlər təqdim olunmadıqda, vətəndaşın peşəsinin Nazirlər Kabinetinin “güzəştli şərtlərlə pensiya hüququ verən peşələr” siyahısına uyğunluğu əsas götürüləcək. Staj “Əmək və Məşğulluq” altsistemindəki əmək müqaviləsi qeydləri, əmək kitabçası və ya dövlət arxivi sənədlərinə əsasən tanınacaq.

Bayramovun sözlərinə görə, dəyişikliklər həmçinin qulluq əlavəsi alan və işləməyə davam edən şəxslərə daha əlverişli hesablanma metodu təqdim edir: əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən yüksək olanı seçiləcək. Bu isə bəzi vətəndaşlar üçün pensiya ödənişlərinin artımına səbəb olacaq.

Azərbaycan qanunvericiliyinə görə, zərərli və ağır sahələrdə azı 12 il 6 ay çalışan kişilər və 10 il çalışan qadınlar üçün pensiya yaşı 5 il azaldılır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol