• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycan idxal mallarının bildiriş prosedurunu dəyişib

Azərbaycan idxal mallarının bildiriş prosedurunu dəyişib
02.12.2025 09:39

Azərbaycan İqtisadiyyat Nazirliyi idxal edilən mallarla bağlı məlumat forması üzrə prosedurları yeniləyib və formanın təqdim edilməsi qaydasını genişləndirib. Müvafiq qərarı nazir Mikayıl Cabbarov imzalayıb.

Nazirliyin Kollegiyasının dəyişdirdiyi qərara əsasən, neft-qaz sektorunda fəaliyyət göstərənlər, dövlət sektoruna aid edilənlər və “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər bütün vergi ödəyiciləri idxal malları barədə məlumat formasını elektron qaydada təqdim etməli olacaq. Forma Dövlət Vergi Xidmətinin informasiya sistemindəki elektron kabinet vasitəsilə doldurulub vergi orqanına göndəriləcək.

Qərarın adı da genişləndirilib və bundan sonra “idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası” ifadəsini əhatə edəcək.

Nazirliyin Hüquq şöbəsinə sənədin 3 gün ərzində Ədliyyə Nazirliyinə göndərilməsi və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün zəruri tədbirləri görmək tapşırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol