• $
  • £

Azərbaycan elminin inkişafı üçün düzgün model seçməliyik - Vüsal Qasımlı

Azərbaycan elminin inkişafı üçün düzgün model seçməliyik - Vüsal Qasımlı
03.12.2025 10:51

Azərbaycanın elmi inkişafı üçün düzgün modelləşdirmə aparılmalıdır və bunun üçün dünya təcrübəsindən yararlanmaq vacibdir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı dəyirmi masada çıxışı zamanı bildirib.

Qasımlının sözlərinə görə, elmin davamlı inkişafı üçün dövlət və özəl sektorun birgə iştirakına əsaslanan yanaşma formalaşdırılmalıdır.

 O qeyd edib ki, bu məqsədlə Çin, ABŞ və İsrailin tətbiq etdiyi modellər Azərbaycana nümunə ola bilər.

O vurğulayıb ki, Çin və ABŞ-da universitetlərin innovasiya proseslərinə güclü inteqrasiyası mövcuddur, İsrail isə dövlət sifarişi və biznes strukturları ilə birgə elmi layihələri dəstəkləməklə seçilir.

“Hansı modeli istəyirik ki, elmimiz inkişaf etsin — bunu müəyyənləşdirməliyik. Özəl sektoru cəlb etməklə universitetləri prosesə daxil etmək olar. Dövlət sifarişi ilə. İsrail bu modelə yaxşı nümunədir”, — Qasımlı bildirib.

O əlavə edib ki, Azərbaycanın inkişaf potensialı böyükdür, və elmi mühitdə struktur yanaşmanın formalaşdırılması bu potensialın reallaşması üçün əsas şərtdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol