• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!


ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
03.12.2025 18:52

“SME Banking Agency” təşkilatının təşəbbüsü ilə Vyanada Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal Bankçılıq Forumu (Global SME Banking Forum) keçirilib. Forumda ABB də təmsil olunub. Bankın son illərdə ölkəmizdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında iştirakçılara məlumat verilib. 

ABB-nin rəqəmsal maliyyələşmə məhsulları olan, tam rəqəmsal "Ani kredit", "Ticarət zəncirinin maliyyələşdirilməsi", "Təcili qarantiya" məhsulları təqdim edilib. Forumun “TOP20 SME Banks Award Ceremony” hissəsində regionlar üzrə maliyyə qurumlarının qiymətləndirilməsi aparılıb. ABB kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində Mərkəzi Asiyanın 20 ən yaxşı bankından biri və ölkə üzrə ən yaxşı rəqəmsal maliyyə alətləri təqdim edən bank seçilib. 

Forumda ABB-yə “Biznes bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı ənənəvi maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal bankçılıq” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal maliyyə xidmətləri göstərən bank), “Rəqəmsal biznes maliyyələşdirməsi” (kiçik və orta sahibkarlıq seqmenti müştərilərinə ən yaxşı rəqəmsal kreditlər təklif edən bank) və "Beyond bankinq” nominasiyaları üzrə 4 mükafat da təqdim olunub. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol