• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

“Qala Sığorta”nın 9 aylıq xalis mənfəəti 13% azalıb

“Qala Sığorta”nın 9 aylıq xalis mənfəəti 13% azalıb
04.12.2025 10:00

“Qala Sığorta” ASC 2025-ci ilin ilk doqquz ayında gəlirlərinin artmasına baxmayaraq, xalis mənfəətdə azalma qeydə alıb. Şirkətin xalis mənfəəti 11 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 13% geriləmə deməkdir. Bu barədə Banker.az məlumat yayıb.

Hesabata görə, şirkətin ümumi gəlirləri 12% artaraq 67 milyon manata yüksəlib. Gəlirlərin əsas hissəsini formalaşdıran əməliyyat gəlirləri 64 milyon manat olub və bu, əvvəlki illə müqayisədə 4% artım göstərib. İnvestisiya gəlirləri daha sürətli yüksəliş nümayiş etdirib – göstərici 2025-ci ildə 4 milyon manata çatarak 28% artıb.

Sığorta ehtiyatlarının dəyişməsi əvvəlki illə müqayisədə şirkətin xərclərinə daha az təzyiq göstərib və ümumi nəticəyə təqribən 1,4 milyon manatlıq müsbət təsir göstərib.

Xərclər üzrə dinamika daha kəskin olub: şirkətin ümumi xərcləri 54 milyon manata yaxınlaşaraq 21% artıb. Əsas əməliyyat xərcləri 39 milyon manata çatıb və bu sahədə artım 40% təşkil edib. Bunun əksinə olaraq, işlərin aparılması xərcləri 15 milyon manat səviyyəsinə enib.


“Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin nizamnamə kapitalı 8,05 milyon manatdır və səhmlərin 100%-i “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. “AzReTəkrarsığorta” eyni zamanda “Qala Həyat Sığorta” ASC-nin də 90% səhmdarıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol