• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?

Azərbaycan hansı hallarda separatçı ölkələrin qatıldığı tədbirlərdə iştirak edə bilər?
04.12.2025 17:45

Hazırda  Moskvada  “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı beynəlxalq konfrans  keçirilir.  Konfransda MDB üzvü olan ölkələrdən başqa , ozünü qondarma respublika adlandıran  Abxaziya və Cənubi Osetiya iştirak edib.  Həmin konfransa  Azərbaycandan olan parlamentarlar da qoşulub. 

Belə ki, Azərbaycanı tədbirdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eyvaz Qurbanov, Razi Nurullayev və Nizami Səfərov təmsil ediblər. 

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov anews.az-a bildirib ki, Azərbaycan qondarma rejimin olduğu tədbirdə iştirak etməməlidir. Buna səbəb Abxaziyanın MDB üzvü olmaması  və belə iştirakın beynəlxalq normalarla düz gəlməməsidir. 

"Bu səhfdir. Abxaziya və Cənubi Osetiya MDB üzvü deyil. Azərbaycan buna etiraz bildirilməli və iştirakdan imtina etməli idi",  - Məmmədov bildirib. 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycan Abxaziya və Cənubi Osetiyanın  və ya tədbir təşkil edənı ölkə deyil. Bu halda etirazı Gürcüstan Rusiyaya bildirməlidir.

"Biz  qondarma DQR iştirak etdiyi tədbirlərin təşkilatçılarına etirazımızı bildirirdik.  Çünki məsuliyyəti onlar daşıyırdı. İndiki halda  Azərbaycanlı deputatlar tədbirdə dəvət əsasında iştirak edir və ölkənin etiraz etməsi doğru deyil", - Mirzəbəyli bildirib. 

Tədbirdə iştirak edən deputat Razi Nurullayevdən dərhal mövqe almaq mümkün olmayıb.

Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Abxaziya və Cənubi Osetiya 1992–1993-cü illərdə Gürcüstandan ayrılaraq özünü müstəqil dövlət elan edib. Lakin beynəlxalq səviyyədə onu yalnız Rusiya tanıyıb. 

Azərbaycan və digər MDB ölkələri Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi qəbul edir. 

MDB-nin parlamentlərarası tədbirlərində belə separatçı rejimlərin iştirakı zaman-zaman diplomatik narazılıqlara səbəb olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Siyasət 20:30
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Siyasət 19:09
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Siyasət 18:07
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Siyasət 16:59
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Siyasət 16:00
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol