• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
04.12.2025 17:08

 

Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib. Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.

Bu standartın tətbiqi ilə bank qlobal tələblərə uyğun şəkildə sistemli, risk-əsaslı və davamlı təkmilləşmə prinsipi üzrə fəaliyyət göstərir. ISO/IEC 27001:2022 çərçivəsinə uyğun formalaşdırılan bu idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin proaktiv şəkildə idarə olunması və müştəri məxfiliyinin yüksək səviyyədə təmin edilməsinə xidmət edir.

Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı, dayanıqlı və fasiləsiz rəqəmsal xidmət mühitinin yaradılmasına xidmət edir. Bu sertifikat bankın informasiya təhlükəsizliyinə olan yanaşmasının cari tələblərə uyğunluğu ilə yanaşı strateji və uzunmüddətli inkişaf prioritetinin vacib hissəsi olduğunu da nümayiş etdirir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol