• $
  • £

BP insan hüquqları üzrə yeni tədris vəsaitini təqdim edib


BP insan hüquqları üzrə yeni tədris vəsaitini təqdim edib
05.12.2025 16:23

Qarşıdan gələn Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BP şirkəti bu gün Azərbaycan dilində yenicə nəşr olunmuş "İnsan Hüquqları. Ensiklopediya" kitabının təqdim edib. Bu barədə konfransa bildirilib.

Azərbaycanda bu sahədə ilk olan bu dərslik yerli universitetlərin hüquq fakültələrinin tələbə və müəllimləri üçün əhatəli vəsaitdir. Ensiklopediyaya insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən mindən çox müddəa daxildir.

Kitab insan hüquqlarının tarixini, inkişafını və təsnifatını, həmçinin beynəlxalq və milli normativ-hüquqi çərçivələri tədqiq edir. Vəsaitin məqsədi insan hüquqları haqqında daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət və hüquqi savadlılıq mədəniyyətini təşviq etməkdir.

Dosent Zaur Əliyevin müəllifi olduğu bu ensiklopediya BP-nin Azərbaycanda hüquq təhsilinin keyfiyyətinin artırılmasına dəstək məqsədilə hazırlanıb və dərc edilmiş altı hüquq dərsliyindən ibarət geniş layihəsinin bir hissəsidir. Bu dərsliklərin beşi cari ilin iyun ayında tamamlanaraq ictimaiyyətə təqdim edilmişdi. Altıncı kitabın nəşri ilə ölkənin müasir və gələcək hüquq mütəxəssislərinin inkişafına mühüm töhfə verəcək bu layihə uğurla başa çatmış olur.

Layihə BP-nin Azərbaycanda təhsilin və bacarıqların artırılmasına dəstək öhdəliyinin bir hissəsidir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində hüquq dərslikləri üzrə geniş layihə çərçivəsində altıncı və son kitabı təqdim edilib: "Azərbaycanda ilk dəfə nəşr olunan "İnsan Hüquqları. Ensiklopediya" zəngin biliklər təqdim edən və ölkədə hüquq təhsilinin modernləşdirilməsinə töhfə verən dəyərli tədris vəsaiti olacaq. İnanırıq ki, bu nəşr dərin bilikli və geniş məlumatlı yeni nəsil hüquq mütəxəssislərinin formalaşmasına kömək edəcək".

O qeyd edib ki, altı dərsliyin hamısı hüquq mütəxəssisləri və alimlərlə sıx əməkdaşlıqda hazırlanıb: "Ümid edirik ki, bu vəsaitlər universitet tələbələri, müəllimlər və hüquq işçilərinin hüquq sahəsində müasir materiallara artan tələbatının qarşılanmasına əhəmiyyətli töhfə verəcək. Xüsusilə məmnunuq ki, altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunub və bu, ölkənin hüquq elmi və tədrisi sahəsində mühüm bir mərhələ deməkdir".

Dərsliklər tələbələr, müəllimlər, alimlər, hüquq mütəxəssisləri, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, mediatorlar, eləcə də ictimai və siyasi fikir adamları da daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 230 038 manat (təxminən 135 316 ABŞ dolları) təşkil edir və altı kitabın hər biri üzrə məzmunun hazırlanması, nəşri və layihənin idarə edilməsi də daxil olmaqla bütün mərhələləri əhatə edir.

Layihənin icraçısı "Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf" ictimai birliyidir.

Layihəyə daxil edilmiş altı kitabın tam siyahısı:

1. "Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə" – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. "Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar" – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.

3. "Mediasiya Hüququ. Xüsusi hissə" – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. "Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə" (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

5. "Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə" (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.

6. "İnsan Hüquqları. Ensiklopediya" – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaitinə insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol