• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Sertifikat üçün “şirinlik”: 18 həkimin rüşvət siyahısı üzə çıxıb - Məhkəmə

Sertifikat üçün “şirinlik”: 18 həkimin rüşvət siyahısı üzə çıxıb - Məhkəmə
05.12.2025 16:36

Azərbaycanda rüşvət müqabilində həkimlərə qanunsuz fəaliyyət icazəsi verilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. İş üzrə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı ittiham olunur. Bu barədə Qafqazinfo məlumat yayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ittihamına görə, nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin sabiq baş mütəxəssisi Ruhiyyə Məhərrəmova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova qanunsuz tibbi fəaliyyət üçün şəhadətnamələrin verilməsində rüşvət almaqda təqsirləndirilirlər.

İstintaq materiallarına əsasən, Rüstəmova 266 500 manat məbləğində rüşvət, 33 000 manat isə “nüfuz alveri” yolu ilə əldə edib və ümumilikdə 280 min manatdan çox vəsaiti leqallaşdırıb. Rüşvətlərin bir qismi onun xidməti otağında qəbul edilib.

Cinayət sxemi iki növ icazənin verilməsi ətrafında qurulub.
Xaricdə təhsil alanların praktiki fəaliyyətə buraxılması, beşillik sertifikasiya imtahanından keçməyən tibbi işçilərə şəhadətnamə verilməsi.

İstintaq sənədlərində adı hallanan 18 həkim və tibb işçisi müxtəlif ixtisaslar üzrə fəaliyyət icazəsi almaq üçün 2 000 – 35 000 manat arasında rüşvət veriblər. Onlar arasında plastik cərrahiyyə, mama-ginekologiya, cərrahiyyə, anesteziologiya və digər sahələr üzrə fəaliyyətə buraxılan şəxslər var.

Prokurorluq bildirir ki, Rüstəmova cinayət yolu ilə əldə etdiyi vəsaitlə əmlak alıb və həmin əmlakların bir hissəsi üçüncü şəxslərin adına rəsmiləşdirilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadır və təqsirləri sübut edilərsə, onların 10 ildən çox həbs cəzası ilə üzləşə biləcəyi bildirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol