• $
  • £

Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam

Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
05.12.2025 16:40

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapmışdır.

Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.

Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir.

Sərəncamla qərara alınır:

- 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etsin və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etməlidir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Siyasət 21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Siyasət 20:06
Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Siyasət 17:12
Azərbaycan Rusiya ilə orta və uzunmüddətli perspektivə hesablanmış investisiya layihələrini müzakirə edib
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Siyasət 16:45
Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Siyasət 16:23
Azərbaycan və Küveyt XİN-ləri diplomatik təşəbbüslərin gücləndirilməsini müzakirə edib
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Siyasət 15:52
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Siyasət 15:07
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Siyasət 14:52
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Siyasət 14:14
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol