“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Keyfiyyətli və zövqlü layihələri ilə fərqlənən bəstəkar-müğənni Sivva (Sevinc Ağasıyeva) yeni klipini təqdim edib. “ŞƏHRİZAD” adlı mahnıya müraciət edən ifaçı dünyaca məşhur “1001 gecə nağılları”nın qəhrəmanı olan Şəhrizad obrazını canlandırıb.
Ekran işində onun tərəf müqabili aktyor, aparıcı Şəhriyar Əbilov olub.
Rejissor işi Röyal Səfərova (Eresmoon) aid olan “ŞƏHRİZAD” klipinin çəkilişləri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində aparılıb.
Yeni klipin sujet xəttində Şəhrizadın müdrikliyi yer alır. Estetik və cəlbedici geyim tərzi, özünəməxsus rəqs səhnələri və mistik atmosferi ilə göz oxşayan “ŞƏHRİZAD” klipi sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Son xəbərlər
Daha çox

