• $
  • £

Nazir: Azərbaycan dili dərsliklərinin keyfiyyəti üçün 7–11 yaş uşaqların öyrənmə xüsusiyyətləri araşdırılmayıb

Nazir: Azərbaycan dili dərsliklərinin keyfiyyəti üçün 7–11 yaş uşaqların öyrənmə xüsusiyyətləri araşdırılmayıb
08.12.2025 12:09

Azərbaycan dilinin tədrisi ilə bağlı, ayrı-ayrı yaş xüsusiyyətlərini və təhsil alanların öyrənmə xüsusiyyətlərini nəzərə almaqla onların öyrənmə keyfiyyətini tədqiq edən tədqiqatlar yoxdur. Bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

"“Məzmun nə olursa olsun, dərslik nə qədər səmərəli yazılırsa yazılsın, sonda sinifdə vacib rol oynayan müəllimdir. Müəllimin özünün səriştəli olması minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur, ona görə müəllimlərin burada üzərinə vacib vəzifə düşür", - nazir bildirib. 

Əmrullayev vurğulayıb ki, dilin tədrisi ilə bağlı, ayrı-ayrı yaş xüsusiyyətlərini və təhsil alanların öyrənmə xüsusiyyətlərini nəzərə almaqla onların öyrənmə keyfiyyətini tədqiq edən tədqiqatlar yoxdur.

"Dillə bağlı tədqiqatlar çoxdur, amma bu, bizə bir qədər fayda vermir. 7–11 yaş arası uşaqlara dili necə tədris etmək olar — dərsliklərin yazılmasında bizim üçün ən böyük problem budur. Çünki bizdə dərsliklər daha çox ayrı-ayrı müəlliflərin şəxsi mülahizələri əsasında yazılıb. Hesablanmış və daha yaxşı üsullardan istifadə edilməklə yazılan dərsliklərin olmamasının səbəbi məhz həmin tədqiqatların olmamasıdır", - o əlavə edib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol