• $
  • £

Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!

Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
05.12.2025 11:42


 

Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində növbəti qalibini elan edib. Belə ki, altıncı “Haval H6 Ultra” avtomobilinin sahibi Ramil Abdullayev olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarlarını təqdim edib. Avtomobil tirajı ilə yanaşı, bu dəfəki lotereyada “Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanan üç “Nar” abunəçisi – Araz İmanov, Sahib Eminov və Vəfadar Aslanov hədiyyələrini böyük sevinc və həyəcanla təhvil alıblar.

Qeyd edək ki, qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr canlı yayımda elan edilib. “Çoox Şanslı” lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.

Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.

Daha ətraflı məlumat üçün: lotereya.nar.az/

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünyada neft qiymətləri yüksəlib
İqtisadiyyat 09:24
Dünyada neft qiymətləri yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İqtisadiyyat 16:33
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
İqtisadiyyat 12:53
Azərbaycanda pul kütləsi və bank aktivləri artıb
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
İqtisadiyyat 11:33
Ölkədə problemli kreditlərin həcmi yarım milyon manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol