• $
  • £

Deputat: Süni intellekt cəmiyyətə sadə dildə izah olunmalıdır

Deputat: Süni intellekt cəmiyyətə sadə dildə izah olunmalıdır
08.12.2025 16:35

Azərbaycanın süni intellekt (Sİ) strategiyası bütün sahələrə tətbiqi nəzərdə tutur, lakin bunun üçün cəmiyyətə mövzunun aydın və adi dildə izahı vacibdir.  Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentdə  Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkə Sİ yarışında geri qalmamalıdır.

Zahid Oruc qeyd edib ki, süni intellekt Azərbaycanın yaxın tarixində real nəticələr verib və bunun ən bariz nümunəsi Vətən müharibəsində texnoloji tətbiqlərdir.

Deputat Sİ-ni “zəka sənədi” adlandıraraq bildirib ki, bu sahənin inkişafı üçün ilk növbədə əhali ilə düzgün kommunikasiyanın qurulması, mövzunu “sadə insanların başa düşəcəyi dildə” çatdıracaq kadrların hazırlanması vacibdir.

“Əgər bunu bacarsaq, Sİ-ni bütün sferalara tətbiq etmək mümkün olacaq və nəticələr daha təsirli olacaq”, – Oruc əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol