• $
  • £

Çempionlar Liqasının final mərhələsi Bakıda keçiriləcək

Çempionlar Liqasının final mərhələsi Bakıda keçiriləcək
19.12.2013 16:09
Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Bakıda keçiriləcək.Bu haqda qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib. Qurum bu gün Lüksemburqdakı mənzil-qərargahında yarışa ev sahibliyi etmək istəyən klubların sifarişlərini nəzərdən keçirərək, “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun sayıb. Yeri gəlmişkən, Azərbaycan çempionu qrup mərhələsini lider kimi başa vuraraq, pley-offa yüksəlmişdi. Onlar keçirdikləri 6 oyunun hamısını qələbə ilə başa vurmuşdular. “Dördlər finalı”na ev sahibliyi isə komandamızı 1/6 və 1/3 final mərhələsindən azad edib. Onlar yarışda çıxışlarını Bakıda olacaq yarımfinaldan davam etdirəcəklər. Bundan başqa, onların ev sahibliyi “İqtisadçı”nın da pley-offa yolunu açıb. Komandamız ən yaxşı üçüncü yerin sahibi kimi Çempionlar Liqasında oynayacaq. 2012-ci ildə də Azərbaycan paytaxtında təşkil olunan “Dördlər finalı”nın isə bu dəfə “Bakı Kristal Hall”da baş tutacağı gözlənilir. Buna səbəb 2015-ci ildə olacaq I Avropa Oyunlarının voleybol yarışlarının məhz burada keçiriləcəyidir.Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” Bakı təmsilçisi olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanı kubokla tərk etməyi bacarmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol