Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır-UCL eksperti
Müasir təhsil sistemində bilik ötürülmür, paylaşılır. Bunu London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi Mərkəzinin eksperti müəllimi David Godfrey bildirib.
Mütəxəssis bildirib ki, müasir təhsil artıq biliklərin yuxarıdan-aşağı ötürülməsi prinsipi ilə işləməməlidir.
Onun sözlərinə görə, Ənənəvi modeldə bilik ekspertlərin beynində olur və hierarxiya ilə aşağıya ötürülür. Müasir bilik iqtisadiyyatı modelində isə bilik şəbəkələrdə paylanır, komanda işi və əməkdaşlıq mərkəzi yer tutur və bilik həmişə vəzifə ilə əlaqəli olmur.
Ekspert qeyd edib ki, bu yanaşma məktəblərdə mədəniyyət dəyişikliyi tələb edir. Həm davamlılığı qorumaq, həm də yenilikləri təşviq etmək vacibdir.
Aytac