Bakıda Türkiyə-Azərbaycanİş Forumu keçiriləcək
2025-ci ilin dekabrın 23-də Bakıda Türkiyə-Azərbaycan İş Forumu keçiriləcək. Bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Büyükfırat Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
O bildirib ki, forum Heydər Əliyev Mərkəzində 500 dən artıq şəxsin iştirakl ilə nəzərdə tutulub.
"Bu forum Türkiyə-Azərbaycan iş əlaqələrində mühüm mərhələlərdən biri, iş dünyasına dəyərli töhfələrdəndir. Fotumda Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz, Azərbaycanın Baş naziri Əli Əsədov da forumda iştirak edəcək", - o vurğulayıb.
Aytac Zeynalova