• $
  • £

Ağdamda təmir işlərinə 1 milyon manatdan çox vəsait xərclənəcək

Ağdamda təmir işlərinə 1 milyon manatdan çox vəsait xərclənəcək
11.12.2025 10:44

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tenderin qalibi açıqlanıb.

Tenderin satınalan təşkilatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamentidir. Satınalma predmeti Ağdam rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və yolların təmiridir.

Tenderin qalibi “Hadi İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib təklifin qiyməti 1.175.523,67 AZN təşkil edir.

Layihə çərçivəsində qəsəbələrdə təmir işlərinin aparılması və infrastrukturun yaxşılaşdırılması nəzərdə tutulur.

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.


Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 130 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 21:10
ADSEA intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət 20:42
Hava şəraiti ilə əlaqədar Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejimində çalışır
Bakıya yağış, dağlıq ərazilərə qar yağır- FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 20:30
Bakıya yağış, dağlıq ərazilərə qar yağır- FAKTİKİ HAVA - YENİLƏNİB
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video
Cəmiyyət 19:39
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Cəmiyyət 18:50
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sabunçu keçidi bağlandı - Video
Cəmiyyət 18:22
Sabunçu keçidi bağlandı - Video
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
Cəmiyyət 17:19
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 17:00
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol