• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Macarıstan iki il ərzində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

Macarıstan iki il ərzində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
11.12.2025 15:09

Macarıstan və Azərbaycan arasında qaz tədarükünə dair saziş iki ili əhatə edir. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, yeni müqavilə iki il ərzində ümumilikdə 800 milyon kubmetr təbii qazın alınmasını nəzərdə tutur.

Dekabrın 10-da SOCAR və Macarıstanın MVM ONEnergy şirkəti arasında yeni qaz tədarükü sazişi imzalanıb.

Şirkətin məlumatına görə, yeni razılaşma əvvəlki müqavilə əsasında hazırlanıb. 2023-cü ilin iyununda SOCAR və MVM CEEnergy 100 mln kubmetr qaz tədarükünə dair müqavilə bağlayıb və tədarüklər 2024-cü ilin aprelində başlayıb.

Məsələyə yaxın mənbə bildirib ki, 2026-cı ildə tədarük həcmlərinin 2024-cü il səviyyəsinə yaxın olması planlaşdırılır.

MVM Group “Şahdəniz” layihəsində 5% və South Caucasus Pipeline Company-də 4% paya sahibdir.

Azərbaycan hazırda 15 ölkəyə qaz ixrac edir; onlardan 12-si Avropadadır. Ölkə həmçinin Türkiyə, Gürcüstan və Suriyaya qaz tədarük edir.

2025-ci ilin ilk 9 ayında qaz ixracı 18,3 mlrd kubmetr təşkil edib. Bunun 9,4 mlrd kubmetri Avropaya, 7,3 mlrd kubmetri Türkiyəyə (o cümlədən TANAP vasitəsilə 4,3 mlrd kubmetr), təxminən 1,6 mlrd kubmetri isə Gürcüstana göndərilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol