• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Amerikalı Xtellus bankı “Lukoil” aktivlərinin alınmasında favoritidir – Reuters

Amerikalı Xtellus bankı “Lukoil” aktivlərinin alınmasında favoritidir – Reuters
11.12.2025 17:43

“Lukoil” şirkəti öz xarici aktivlərinin satışında amerikalı Xtellus Partners bankının təklifinə üstünlük verir, çünki bu təklif nağdsız hesablaşma mexanizmini nəzərdə tutur. Bu barədə danışıqlarla tanış iki mənbə Reuters-ə bildirib.

Mənbələrin sözlərinə görə, Xtellus ABŞ investorlarının sahib olduğu “Lukoil” səhm­lərinin nağdsız şəkildə dəyişdirilməsi və onların Rusiya neft şirkətinə qaytarılması müqabilində xarici aktivlərin verilməsi sxemini təklif edib. Məsələnin həssaslığı səbəbindən mənbələr adlarının açıqlanmasını istəməyiblər.

ABŞ Maliyyə Nazirliyi oktyabrda “Lukoil” və “Rosneft”ə qarşı bloklayıcı sanksiyalar tətbiq edildikdən sonra dəyəri təxminən 22 milyard dollar olan qlobal aktiv portfelinin satış müddətini 17 yanvara qədər uzadıb.

Xtellus şərh verməkdən imtina edib. “Lukoil” sorğuya cavab verməyib.

BlackRock, JPMorgan və Goldman Sachs kimi ABŞ fondları əvvəlcə rus şirkətlərinin qiymətli kağızlarını dondurmalı, daha sonra isə tamamilə silməli olduqlarından milyardlarla dollar itiriblər.

“Lukoil”in qlobal aktivləri – o cümlədən neft və qaz hasilatı layihələri, neftayırma müəssisələri və 2 000-dən çox yanacaqdoldurma məntəqəsi – Carlyle kimi ABŞ investisiya fondlarının və Chevron kimi neft şirkətlərinin marağına səbəb olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol