Tramp Tailand və Kambocanı yeni gömrük rüsumları ilə hədələyib
ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca hakimiyyətini iki ölkə arasında hərbi əməliyyatların dayanmayacağı təqdirdə məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.
"Mən indicə, Tailand və Kamboca arasında yeni eskalasiyanı həll etmək üçün tariflərdən istifadə etdim. Mən dedim: "Əgər döyüşsəniz, nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəm", - Tramp izah edib.
O, administrasiyası üçün tariflərin əhəmiyyətli bir xarici siyasət aləti olduğunu vurğulayıb və əgər ABŞ Ali Məhkəməsi bəzi tarifləri “qanunsuz” hesab edərsə belə yeni tariflərə hüquqi əsas tapacağını söyləyib.
Son xəbərlər
Daha çox