• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb

TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
15.12.2025 10:10

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) üzrə Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 15-də 349,5 milyon kVt/saat həcmində sifariş alınıb ki, bu da ötən həftənin bazar ertəsi ilə müqayisədə 0,14% azalma deməkdir.

Kipoi çıxışından dekabrın 16–22-də sifarişlər 348,0 milyon kVt/saat təşkil edib. Bu göstərici dekabrın 9–15-i ilə müqayisədə 0,43% aşağıdır.

Digər çıxış nöqtələrində isə göstəricilər sabit qalıb. Komotini çıxışından dekabrın 15–22-də gündəlik sifarişlər əvvəlki həftə səviyyəsində — 28,7 milyon kVt/saat olub. Nea Mesimvria çıxışından eyni dövrdə sifariş həcmi 30,3 milyon kVt/saat təşkil edib və həftəlik dəyişiklik qeydə alınmayıb.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qaz tədarükü üçün dekabrın 15–22-də qəbul edilən sifarişlər 287,0 milyon kVt/saat olub ki, bu da dekabrın 8–15-i ilə müqayisədə dəyişməyib.

Fon məlumatına görə, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında tamamlanıb. Boru kəmərinin ümumi uzunluğu 878 km təşkil edir: 550 km Yunanıstan, 215 km Albaniya, 105 km Adriatik dənizinin dibi və 8 km İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana kommersiya tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol