• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat jurnalistlərin amnistiya aktı ilə azadlığa çıxmasını istəyir - Video

Deputat jurnalistlərin amnistiya aktı ilə azadlığa çıxmasını istəyir - Video
16.12.2025 11:10

Həbsdə olan jurnalistlərin də amnistiya aktı çərçivəsində azadlığa buraxılması məqsədəuyğun olar. Bunu Milli Məclisin deputatı Aqil Abbas dekabrın 16-da parlamentin plenar iclasında çıxışı zamanı danışıb.

Abbas qeyd edib ki, Prezidentin amnistiya təşəbbüsü minlərlə ailəyə sevinc gətirəcək və mühüm humanist addımdır.

“Arzu edirəm ki, amnistiya aktı jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, amma düşünürəm ki, onları da bağışlamaq olar”, – deputat deyib.

Dekabrın 15-də Prezident İlham Əliyev humanizm və mərhəmət prinsiplərini əsas götürərək Azərbaycanda 20 mindən çox şəxslə bağlı amnistiya elan edilməsi təşəbbüsü irəli sürüb.

Proqnozlara görə, amnistiya çərçivəsində 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya şərti cəzalardan azad olunacaq. Bundan əlavə, mindən çox şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol