• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc Mirzəli və Sadıqlı ilə bağlı Avropa dövlətlərini hüquqi əməkdaşlığa çağırıb- Video

Zahid Oruc Mirzəli və Sadıqlı ilə bağlı Avropa dövlətlərini hüquqi əməkdaşlığa çağırıb- Video
30.09.2026 12:48

Avropa dövlətləri Məhəmməd Mirzəli barəsində çıxarılan qiyabi hökm və Tural Sadıqlıya qarşı irəli sürülmüş ittihamlarla əlaqədar Azərbaycanın hüquqi yardım müraciətlərinə qarşılıqlılıq prinsipi əsasında yanaşmalıdır. Bunu deputat Zahid Oruc Milli Məclisdə “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunun müzakirəsi zamanı deyib.


Onun sözlərinə görə, Məhəmməd Mirzəli Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə qiyabi mühakimə olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Zahid Oruc bildirib ki, Tural Sadıqlı və eyni cinayət işi üzrə digər şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.1, 214-2, 220.2, 281.2 və 320.1-ci maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələr dələduzluq, terrorçuluğa açıq çağırış, kütləvi iğtişaşlara çağırış, dövlət əleyhinə yönələn açıq çağırışlar və saxta sənədlərdən istifadə ilə bağlıdır.


Deputatın sözlərinə görə, həmin şəxslər Avropada qaçqın və ya mühacir statusu altında fəaliyyətlərini davam etdirirlər.


“Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik”, - Zahid Oruc bildirib.


O qeyd edib ki, Azərbaycanın ratifikasiya edilmiş konvensiyalar çərçivəsində xarici dövlətlərə göndərdiyi hüquqi yardım sorğularının icra vəziyyəti araşdırılmalıdır.


Deputat Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycana qarşı xaricdən həyata keçirildiyi bildirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər barədə xüsusi hesabatın hazırlanmasını təklif edib.


Onun sözlərinə görə, hesabatda son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, icra faizi, cavabsız qalan müraciətlər, imtinaların hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi, eləcə də axtarışda olan şəxslərlə bağlı görülən tədbirlər göstərilməlidir.


“Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın ‘qarşılıqlı yardım’ prinsipi formal xarakter alır. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır”, - Zahid Oruc deyib.


Deputat Avropa Şurası qarşısında Konvensiyanın icrasına dair ölkələr üzrə real göstəricilərin açıqlanması məsələsinin qaldırılmasını da təklif edib.

 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Siyasət 12:18
Azərbaycan İordaniyada kilsəyə silahlı hücumla bağlı başsağlığı verib
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Siyasət 10:20
Azərbaycan BMT Günündə beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bəyan edib
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Siyasət 23:35
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol