• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər amnistiyaya düşə bilməyəcək - Rəsmi

Bu şəxslər amnistiyaya düşə bilməyəcək - Rəsmi
16.12.2025 14:28

Amnistiya aktı bir sıra şəxslərə şamil edilmir. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb.

Qərara əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 1994-cü il 24 fevral tarixli qanunda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.

Həmçinin qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərə şamil edilmir. Bu kateqoriyaya Cinayət Məcəlləsinin terrorçuluq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, zorakılıq, mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik dövriyyəsi və digər ağır cinayətlərə dair çoxsaylı maddələri üzrə məhkum edilənlər daxildir.

Məhdudiyyətlər, həmçinin son illərdə qəbul edilmiş qanunlarla sanksiyaları ağırlaşdırılmış bir sıra maddələrə – o cümlədən rüşvət alma, korrupsiya cinayətləri, zor tətbiqi ilə törədilən əməllər və vəzifə cinayətləri üzrə təqsirləndirilən şəxslərə də şamil olunur.

Bundan əlavə, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin ağır cinayətlərə dair maddələri üzrə məhkum edilənlər, sonradan ləğv edilmiş bəzi maddələr üzrə cəza alan şəxslər, habelə maddi ziyanı tam ödəməyən məhkumlar amnistiyadan yararlana bilməyəcəklər.

Qərara əsasən, təhlükəli və xüsusilə təhlükəli residivist hesab olunan şəxslər, əvvəlki amnistiya və ya əfv aktlarından sonra yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törədənlər də istisna edilir.

Eyni zamanda, cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissələrdə və ya həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslərə amnistiya tətbiq olunmur.

Bundan başqa aşağıda qeyd olunan: 


101, 115.1, 122.2, 124, 125, 127.2, 127.3, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3–167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1, 192-2.2, 192-2.4, 192-2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195-2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200-3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206-1.1–206-1.2, 206-1.7, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214.2, 220.2, 221.2, 221.3, 222.3, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1.1, 228.1, 228.2, 229.2, 232.1, 233, 233-1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283-1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1–288.3, 289, 290, 291, 292.2, 292-2.1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308-2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2, 330.1–330.3, 332.1–2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1–1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353-1-ci maddəsi ilə ittiham olunan şəxslər amnistiyaya düşə bilməyəcək. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol