• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə amnistiya tətbiqi ilə bağlı qərar layihəsini müzakirə edilib

Parlamentdə amnistiya tətbiqi ilə bağlı qərar layihəsini müzakirə edilib
16.12.2025 14:44

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini müzakirəyə çıxarıb. Layihə qəbul edilərsə, amnistiya cəza müddətindən asılı olmayaraq və minlərlə məhkum üçün tətbiq oluna bilər.

Qərar layihəsinə əsasən, Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarının iştirakçıları, habelə bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Eyni güzəşt orden və medallarla təltif olunmuş şəxslərə, Xocalı soyqırımı qurbanlarının ailələrinə, 20 Yanvar hadisələri ilə bağlı əlilliyi olanlara, məcburi köçkünlərə, eləcə də deportasiya və siyasi repressiya qurbanlarına şamil edilir.

Layihədə həmçinin qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 60 yaşdan yuxarı şəxslər, 61–100% əlilliyi olanlar və himayəsində azyaşlı və ya əlil övladı olan məhkumlar üçün azad edilmə nəzərdə tutulur.

Bundan başqa, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər, ehtiyatsızlıqdan törədilmiş cinayətlər üzrə 5 ilədək cəza alanlar, şərti məhkum edilənlər, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum olunanlar da amnistiya çərçivəsinə daxil edilir. Az ağır və ehtiyatsız ağır cinayətlər üzrə bəzi kateqoriyalar üçün isə cəzanın 6 ay azaldılması nəzərdə tutulur.

Qərar layihəsi amnistiyanın xarici məhkəmələrin hökmləri ilə məhkum edilərək cəzasını Azərbaycanda çəkən şəxslərə də şamil olunmasını nəzərdə tutur. Amnistiyanın tətbiqi üçün məsul orqanlara 4 ay müddət verilir və azad edilən şəxslərin sosial adaptasiyası üçün tədbirlərin görülməsi tapşırılır.

Qərar layihəsinin yaxın günlərdə plenar iclasa çıxarılması gözlənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol