• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektron siqaretlərin qadağan olunması gözlənilir

Azərbaycanda elektron siqaretlərin qadağan olunması gözlənilir
16.12.2025 15:08

Dünyada 13–15 yaş arası uşaqların təxminən 15 faizində elektron siqaretdən istifadə halları təsdiqlənib və bu, onlarda ciddi sağlamlıq riskləri yaradır. Bunu  deputat Fazil Mustafa bildirib. 

Deputatın sözlərinə görə, elektron siqaretlər xüsusilə yeniyetmələr üçün siqaret və narkotik maddələrə keçid riskini artırır.

O qeyd edib ki, bəzi ölkələrdə bu məhsullardan qadınlar və qızlar tərəfindən  daha çox istifadəsi də əlavə narahatlıq doğurur.

Fazil Mustafa vurğulayıb ki, gənclər arasında narkotik asılılığının qarşısının alınması məqsədilə elektron siqaretlərin qadağan edilməsi gündəmdədir. Onun sözlərinə görə, məsələ yalnız səhiyyə deyil, eyni zamanda cəmiyyətin mədəni və sosial məsuliyyəti ilə bağlıdır.

Deputat əlavə edib ki, bu mövqə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır və artıq bir sıra ölkələrdə elektron siqaretlərin məhdudlaşdırılması ilə bağlı qanunvericilik səviyyəsində addımlar atılmağa başlanıb.

O bildirib ki, planlaşdırılan qadağaların cəmiyyət tərəfindən anlayışla qarşılanacağına ümid edir.

Milli Məclisdə müzakirə edilən yeni qanuna görə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan oluna bilər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol