• $
  • €
  • ₽
  • ₺
  • £

Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq

Mahruzlu kəndində tikilən uşaq bağçası gələn il açılacaq
16.12.2025 15:43

Rusiyanın Həştərxan vilayətinin hədiyyəsi olaraq Azərbaycanın Qubadlı rayonunun Mahruzlu kəndində 80 yerlik uşaq bağçasının tikintisi növbəti ilin yazında başa çatacaq. Bu barədə vilayətin qubernatoru İqor Babuşkin bu gün Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşünün nəticələrinə dair sosial şəbəkələrdəki səhifəsində yazıb.

Qubernator qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində uşaq bağçasının tikintisi ilə tanış olub.

"Beləliklə, növbəti ilin yazında Azərbaycanın Mahruzlu kəndində uşaq bağçasının tikintisi başa çatacaq, işlərin gedişatına nəzər yetirdik. Müəssisə rusiyalı yazıçı Pyotr Yerşovun adını daşıyacaq və interyer onun nağılların motivləri əsasında rəsmlərlə bəzədiləcək", - İ.Babuşkin qeyd edib.

Onun sözlərinə görə, Ə.Əsədovla görüşdə, həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları və Həştərxan iqtisadi zonasına Azərbaycan investisiyalarının cəlb edilməsi müzakirə olunub.

"Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfindən bizim regionda da bir sıra sosial əhəmiyyətli layihələr həyata keçirilib. Xüsusilə, Heydər Əliyevin adını daşıyan park yenidən qurulub və Ümummilli Liderin adını daşıyan məktəb təmir edilib, "Dostluq" uşaq bağçası açılıb, knyaz Vladimirin abidəsi qoyulub və abadlaşdırılıb", - qubernator yazıb.

Bundan əlavə, İ.Babuşkin qeyd edib ki, görüşün əsas mövzularından biri Rusiyanın Həştərxan vilayəti və Azərbaycan arasında turizmin inkişafı olub: "Azərbaycan turistlərimiz üçün ən tələb olunan istiqamətlərdən biridir".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol