• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif

Elektron siqaretlərə nəzarət və qadağalar gücləndirilməlidir - Deputatlardan təklif
16.12.2025 16:07

Azərbaycanda elektron siqaretlərin yayılması və ictimai məkanlarda siqaret çəkməyə nəzarətin zəifliyi ilə bağlı narahatlıqlar artır. Deputatlar bildirirlər ki, mövcud vəziyyət xüsusilə gənclər və uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır.

Deputat Aydın Hüseynovun sözlərinə görə, əsas məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. O vurğulayıb ki, elektron siqaretlərin mövcud xəstəliklərə göstərdiyi yan təsirlər ictimaiyyətə açıq şəkildə açıqlanmalıdır. Hüseynov həmçinin qadağa tətbiq ediləcəyi halda, satış və nəzarət mexanizmlərinin necə işləyəcəyinin əvvəlcədən müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Deputat Elşad Musayev isə problemə icra və nəzarət aspektindən yanaşıb. Onun sözlərinə görə, ölkə üzrə restoranlarda, kafe və əyləncə məkanlarında, hətta oyun məkanlarında belə siqaret çəkilir.

Musayev bildirib ki, məhkəmə qərarlarının icrasında ciddi problemlər var və məsul qurumlar açıq şəkildə göstərilmədikcə vəziyyət dəyişməyəcək. O, mövcud şəraitdə uşaqların və yeniyetmələrin siqaret çəkilən mühitlərlə üz-üzə qaldığını vurğulayıb.

Deputat Göydəniz Qəhrəmanov isə diqqəti xüsusilə iaşə obyektlərinə yönəldib. Onun fikrincə, kafe və restoranlarda siqaret istifadəsinə dair qaydalar faktiki olaraq icra edilmir. Qəhrəmanov qeyd edib ki, gənclər arasında elektron siqaretdən istifadə sürətlə artır, lakin bu vərdişin 5–10 il sonra hansı sağlamlıq fəsadlarına yol açacağı hələ məlum deyil. O, elektron siqaretlər üzrə yaş məhdudiyyətlərinə nəzarətin ciddi şəkildə gücləndirilməsini təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol