• $
  • €
  • ₽
  • ₺
  • £

Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat

Zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər - Deputat
16.12.2025 17:30

Əgər zərurət yaranarsa Bakıda "Rus evi" açıla bilər. Bunu anews.az-a açıqlamasında deputat Siyavuş Növruzov deyib. 

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib ki, Rusiya Bakıda “Rus evi”nin fəaliyyətinin bərpası üçün Azərbaycan tərəfi ilə təmasları davam etdirir. 

"Bu məsələ hələlik qapalıdır. Vaxtı ilə Rus evi fəaliyyət göstərib. Əgər zərurət yaranarsa rus evi açıla bilər", - deputat bildirib. 


Deputat Elçin Mirzəbəyli isə bildirib ki, Bakıda rus evinin açılmasına ehtiyac yoxdur.

"Bakıda rus evinin açılmasına ehtiyac yoxdur. Azərbaycanda rus diasporu var. Bu diasporun da mədəniyyət evi var. Başqa bir mədəniyyət evinin açılmasına ehtiyac yoxdur", - Mirzəbəyli bildirib. 

Azərbaycan hökuməti 3 fevral 2025‑ci il tarixində Rusiya tərəfinə rəsmi nota verərək “Rus Evi”nin (Rossotrudnichestvo – Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinə xitam verilməsi barədə məlumat verib.

Bundan sonra obyektin binasında lövhələr və yazılar sökülüb, işçilər isə fəaliyyətini dayandıraraq binanı boşaldıblar.

Gülnar Nazimqızı 

 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Cəmiyyət 15:04
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Cəmiyyət 14:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Cəmiyyət 14:28
Fransadakı etirazlarda 400-dən çox insan saxlanılıb
Ombudsmanın maaşı 292% artırılır
Cəmiyyət 13:40
Ombudsmanın maaşı 292% artırılır
NİİM sürücülərə müraciət edib
Cəmiyyət 13:38
NİİM sürücülərə müraciət edib
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Cəmiyyət 13:27
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:58
Sabahın havası açıqlanıb


Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 12:05
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Cəmiyyət 11:46
Fermerlər müflis ola bilər - fındıq qiymətləri ilə bağlı deputatdan təklif
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol