Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının daşınmasına başlanmasını alqışladığını bildirib və bunu iki ölkə arasında formalaşan sülh mühitinin nəticəsi kimi dəyərləndirib.
Paşinyan jurnalistlərə açıqlamasında Azərbaycan neft məhsulları ilə yüklənmiş qatarın artıq hərəkət etdiyini və Ermənistana doğru yolda olduğunu deyib. Onun sözlərinə görə, ticarət əməliyyatları özəl şirkətlər arasında həyata keçirilir, lakin bu proses üçün siyasi şəraiti Azərbaycanla Ermənistan arasında bərqərar olan sülh təmin edir.
“Detalları tam bilmirəm, amma bir qatarın gələcəyini bilirəm”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstan dəmir yolu tarifləri ilə bağlı müəyyən məsələlər mövcuddur, lakin onların həll ediləcəyi gözlənilir. O əlavə edib ki, problemlər aradan qalxmasa və kommersiya marağı davam edərsə, biznes subyektləri idxal və ixrac üçün alternativ marşrutlar axtara bilərlər.
Aytac