• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi

Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
18.12.2025 15:39

17 dekabr 2025-ci il tarixində Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı və Yelo Bank-ın dəstəyi ilə “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” adlı tədbir keçirilib.

 

Forumun məqsədi maliyyə sektorunda innovasiyaların, texnologiyanın və inklüzivliyin rolunu müzakirə etmək, yeni tendensiyalar və gələcək imkanlar barədə fikir mübadiləsi aparmaq idi. Tədbir maliyyə sahəsinin liderlərini və beynəlxalq ekspertləri bir araya gətirərək, sürətlə dəyişən maliyyə ekosistemində perspektivləri işıqlandırdı.

 

Forumda tanınmış spikerlər çıxış etdilər:

 

  • İnna Ojogina, Amazon Web Services-in Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə ölkə meneceri;
  • Lakş Qanqvani, ViewTrade Holding Corporation-un Qlobal İnkişaf və Müştəri Əlaqələri üzrə İdarəedici Direktoru;
  • Edqar Abdullayev, United Payment Azerbaijan-ın Baş icraçı direktoru və AzFINA İdarə Heyətinin sədri.

 

Onlar süni intellektin maliyyə xidmətlərinə təsiri, yeni tendensiyalar və rəqəmsal platformaların rolu barədə öz baxışlarını paylaşdılar.

 

Forumun ikinci hissəsində Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluğu altında panel müzakirəsi keçirildi. Müzakirədə maliyyə texnologiyalarının praktiki tətbiqləri və inklüziv maliyyə imkanları geniş şəkildə işıqlandırıldı. Panelin sonunda iştirakçılar spikerlərə suallar ünvanlayaraq açıq dialoqda iştirak etdilər.

 

Yelo Bank üçün bu forum maliyyə sektorunda innovativ yanaşmaları dəstəkləmək və inklüzivliyi təşviq etmək baxımından önəmli addımdır. Bank müştərilərinə hər zaman daha rahat, müasir və əlçatan maliyyə həlləri təqdim etməyə davam edəcək.

Təcili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol