• $
  • £

ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var

ABŞ onlarla ölkədən səfirlərini geri çağırır, siyahıda Ermənistan da var
22.12.2025 09:24

ABŞ administrasiyası azı 29 ölkədən səfirləri geri çağırır. Bu barədə  Associated Press Dövlət Departamentinin iki əməkdaşına istinadən xəbər verir.

Məlumata görə, diplomatik missiya rəhbərlərinə ötən həftə bildirilib ki, onların səlahiyyət müddəti 2026-cı ilin yanvarında başa çatır. Agentlik qeyd edir ki, geri çağırılan səfirlərin hamısı keçmiş prezident Co Bayden dövründə təyin olunub.

ABŞ-ın yeni diplomatik strategiyası prezident Donald Trampın “Amerika əvvəlcə” (“America First”) siyasətini tam dəstəkləyən kadrların irəli çəkilməsini nəzərdə tutur. Dövlət Departamenti bildirib ki, səfir prezidentin şəxsi nümayəndəsidir və dövlət başçısı öz prioritetlərini irəli aparan şəxslərlə işləmək hüququna malikdir.

Səfirlərin diplomatik xidmətdən kənarlaşdırılmayacağı, istədikləri təqdirdə Vaşinqtona qayıdaraq digər tapşırıqlar üzərində çalışa biləcəkləri qeyd olunur.

Ən çox səfir Afrikadan geri çağırılıb — 13 ölkə. Avropada isə dəyişikliklər Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyanı əhatə edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol