• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Baş Prokurorluğu Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluğu Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yaydı
18.12.2013 13:49

Baş Prokurorluq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

 

İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb edilməklə yoxlama təşkil edilib. 

 

İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.

 

Bundan sonra, Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.

 

Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 11:08
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Cəmiyyət 10:58
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
Cəmiyyət 10:45
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Cəmiyyət 10:24
DİN: İki gündə 105 cinayət açılıb, 86 şübhəli saxlanılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 10:11
Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib
MEDİA-nın yaradılmasından beş il ötür
Cəmiyyət 10:05
MEDİA-nın yaradılmasından beş il ötür
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Cəmiyyət 10:03
"Bitcoin"in qiyməti 92 min dolları ötüb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:00
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
FHN: Bir həftədə 213 yanğına çıxış edilib, 8 nəfər ölüb
Cəmiyyət 09:38
FHN: Bir həftədə 213 yanğına çıxış edilib, 8 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol