• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb

Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
22.12.2025 16:47

Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq həm idxalda (3-cü yer), həm ixracda (2-ci yer), həm də ümumi ikitərəfli ticarət dövriyyəsində (2-ci yer) aparıcı mövqeyə malikdir. Bunu Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxış edən Baş nazir Əli Əsədov deyib.

Əsədovun sözlərinə görə, son dövrdə obyektiv səbəblərdən Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunub.

“2025-ci ilin 11 ayında ticarət dövriyyəsi 7.5% azalaraq 5.2 milyard dollar təşkil edib. Bu göstəricilər ölkələrimizin iqtisadi inkişaf templərinə uyğun deyil”, –  o qeyd edib.

Baş nazir vurğulayıb ki, mövcud iqtisadi potensial və coğrafi üstünlüklər ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və hələ tam istifadə olunmamış imkanların mövcudluğunu göstərir.

Baş nazirin sözlərinə görə, qarşılıqlı ticarətin artırılmasına xidmət edən əsas amillərdən biri də kənd təsərrüfatı məhsullarının idxal və ixracının genişləndirilməsidir.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol