• $
  • £

Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib

Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
23.12.2025 12:35

Vətən müharibəsindən sonra ordu quruculuğunda aparılan dəyişikliklər Azərbaycanın sülh dövrünə keçid siyasətini əks etdirir, lakin xarici münaqişələrə cəlb olunan Azərbaycan vətəndaşları ciddi narahatlıq doğurur. Bunu dekabrın 23-də parlamentin iclasında deputat Zahid Oruc deyib. 

Orucun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsində hər iki tərəfdə döyüşən onlarla azərbaycanlı həlak olub və ya itkin düşüb. O bildirib ki, sosial şəbəkələrdə “müqavilə ilə xidmət”, “iş” və “təlim” adı altında aparılan kampaniyalar vasitəsilə vətəndaşlar muzdlu döyüşlərə cəlb edilir.

Deputat qeyd edib ki, rəsmi statistika olmasa da, hərbi mənbələrin məlumatlarına əsasən yüzlərlə azərbaycanlı xarici səngərlərdə döyüşür. O xatırladıb ki, Azərbaycan dövləti əvvəllər xaricdə silahlı birləşmələrə qoşulmanı terrorçuluq kimi qiymətləndirib və bu fəaliyyətə görə sərt cəzalar tətbiq edib.

Zahid Oruc vurğulayıb ki, Qarabağda hərbi təcrübə qazanmış peşəkar şəxslərin aylıq muzd müqabilində yad müharibələrə göndərilməsi həm milli təhlükəsizlik, həm də ordu nüfuzu üçün risk yaradır.

O bildirib ki, Rusiya–Ukrayna müharibəsində ölən Azərbaycan vətəndaşları “şəhid” hesab edilə bilməz və yalnız Vətənin müdafiəsi uğrunda həyatını itirənlər bu ada layiqdir.

Deputat çağırış edib: “Azərbaycan vətəndaşları Ali Baş Komandanın əmri olmayan müharibələrə qoşulmamalıdır", - bildirib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol