• $
  • £

Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib

Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
23.12.2025 15:05

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub, həmçinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Mühəndislik fakültəsində hazırda 314 tələbə və 19 nəfərlik professor-müəllim və texniki heyət fəaliyyət göstərir. Fakültədə bakalavriat səviyyəsində 7 ixtisas üzrə – elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat üzrə kadr hazırlığı aparılır. Yeni binanın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır.

Biznes və iqtisadiyyat fakültəsində isə 505 tələbə və 20 nəfərlik heyət fəaliyyət göstərir. Burada iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm üzrə təhsil verilir. Yeni tədris binasında 40 auditoriya, laboratoriyalar, kitabxana və inzibati otaqlar yaradılıb.

Hazırda Qarabağ Universitetində 6 fakültə üzrə 27 ixtisasda 2 154 tələbə təhsil alır. Universitetdə son illər kampus, yataqxana, klinika və digər fakültə binalarının açılışı həyata keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol