• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb

AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
25.12.2025 09:14

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasətinin əsas məqsədinin illik inflyasiyanı 4±2% diapazonunda saxlamaq olduğunu bildirib.

AMB-nin məlumatına görə, inflyasiya hədəfi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ay üzrə dəyişimi əsasında ölçüləcək. Bank 2026-cı ildə orta illik inflyasiyanın 5,7% olacağını proqnozlaşdırır ki, bu da hədəf intervalına uyğundur.

Bəyanatda qeyd olunub ki, məzənnə sabitliyi qiymət sabitliyinin əsas lövbəri olaraq qalacaq, cari əməliyyatlar hesabının profisitli olması isə valyuta bazarında tarazlığı dəstəkləyəcək.

Baza ssenariyə görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd ABŞ dolları (ÜDM-in 3,7%-i) səviyyəsində gözlənilir.

AMB bildirib ki, pul siyasəti qərarları daxili və xarici risklərin hərtərəfli qiymətləndirilməsi əsasında qəbul ediləcək və inflyasiya proqnozları rüblük əsasda yenilənəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol