• $
  • £

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
28.12.2025 13:52

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur.Mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.

Sürücülərin diqqətinə çatdırılır:

- Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;

- Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;

Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;

- Təhlükəsiz ara məsafəsini qoruyun;

- Qəfil manevr və kəskin əyləclərdən çəkinin;

- Mövsümə uyğun təkərlərdən istifadə edin;

- Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;

- Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib
Cəmiyyət 18:32
Bakı-Ələt-Astara magistral yolunda yanğın baş verib

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Cəmiyyət 17:28
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb
Cəmiyyət 17:02
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb

Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 16:45
Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol