• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir

Deputat: Özəl sektorda gəlir vergisi güzəştləri yenilənir
29.12.2025 10:04

Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün fiziki şəxslərin gəlir vergisi üzrə mövcud güzəştlərin müddəti başa çatır. Deputat Vüqar Bayramov bildirib ki, “Vergi Məcəlləsi”nə əsasən, növbəti ildən aylıq əməkhaqqısı 2 500 manatadək olan şəxslərdən 3% gəlir vergisi tutulacaq.

Bayramovun sözlərinə görə, özəl sektorda çalışan bütün muzdlu işçilərə 200 manat məbləğində vergi güzəşti tətbiq olunur. Bu halda, aylıq maaşı 1 000 manat olan işçinin gəlir vergisi 24 manat təşkil edəcək. Daha geniş güzəştlər isə sosial həssas qruplara şamil edilir. Şəhidlərin valideynləri, dul həyat yoldaşları və övladlarının vergiyə cəlb olunan aylıq gəliri 800 manat azaldılır. Bu kateqoriyaya aid şəxslər 800 manatadək maaş aldıqları halda gəlir vergisi ödəməyəcək, 1 000 manat əməkhaqqında isə 6 manat vergi tutulacaq. Eyni güzəştlər Vətən müharibəsi qəhrəmanları və Milli Qəhrəmanlara da tətbiq edilir.

Qazilər və müharibə veteranları üçün gəlirdən 400 manat çıxılır. Bu halda minimum əməkhaqqı alanlar vergidən azad olunur, 1 000 manat maaş alanlar isə 18 manat gəlir vergisi ödəyəcəklər. Deputat əlavə edib ki, birinci qrup əlillər, məcburi köçkünlər və digər kateqoriyalar üçün də vergi güzəştləri mövcuddur və orta aylıq əməkhaqqının artımını nəzərə alaraq güzəşt məbləğlərinin artırılması məqsədəuyğun ola bilər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol